Modern.az

Daha bir ölkədə uşaqlara sosial şəbəkələr qadağan edildi

Daha bir ölkədə uşaqlara sosial şəbəkələr qadağan edildi

Dünya

Bu gün, 10:38

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərəb dünyasında ilk dəfə olaraq 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qərar qəbul edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, yeni qaydalara əsasən, 15 yaşına çatmamış şəxslərin sosial şəbəkələrdə şəxsi hesab yaratmasına və platformaların əsas funksiyalarından istifadə etməsinə icazə verilməyəcək. Qadağa paylaşımlar etməyi, şərh yazmağı və açıq qruplarda iştirak etməyi də əhatə edir. Valideyn razılığı belə bu məhdudiyyətlərin aradan qaldırılması üçün əsas sayılmayacaq.

15-16 yaşlı yeniyetmələr üçün isə sosial şəbəkələrə çıxış tam bağlanmasa da, ciddi məhdudiyyətlər tətbiq olunacaq. Bu yaş qrupuna ekran qarşısında keçirdikləri vaxta limit qoyulacaq, məzmunlar daha sərt şəkildə filtrlənəcək, tanımadıqları şəxslərlə ünsiyyət imkanları məhdudlaşdırılacaq və valideyn nəzarəti məcburi olacaq.

Yeni tələblər sosial şəbəkə şirkətlərinə də ciddi öhdəliklər qoyur. Platformalar uşaqların qeydiyyatının qarşısını almaq üçün etibarlı yaş təsdiqləmə sistemləri tətbiq etməli olacaqlar. Bundan başqa, azyaşlı istifadəçilərin məlumatlarından statistik məqsədlər və hədəfli reklam üçün istifadə qadağan ediləcək.

Qanunvericiliyə əsasən, sosial şəbəkə platformalarına yeni qaydalara uyğunlaşmaq üçün 12 ay vaxt verilib. Tələblərə əməl etməyən şirkətlərə xəbərdarlıq ediləcək, böyük məbləğdə cərimələr tətbiq olunacaq və zərurət yaranarsa, həmin platformaların ölkə ərazisində fəaliyyəti tamamilə dayandırıla biləcək.

Sizə yeni x var
Keçid et
Ukrayna ordusu əks-hücuma keçdi - Ərazilər azad olundu