Modern.az

ABŞ-İran danışıqlarında nələr müzakirə olunur

ABŞ-İran danışıqlarında nələr müzakirə olunur

Dünya

21 İyun 2026, 11:02

Tehranın nüvə proqramı və Livanda atəşkəs İsveçrədə keçiriləcək ABŞ-İran danışıqlarının əsas mövzuları arasında olacaq.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.

"Düşünürəm ki, nüvə məsələsində və Livanda atəşkəs məsələsində irəliləyiş əldə edəcəyimizə ümid var. Bunlar diqqət yetirəcəyimiz iki əsas məsələdir. Əminəm ki, iranlıların müzakirə etmək istədiyi məsələlər də var", - o, İsveçrəyə yola düşməzdən əvvəl Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az