Modern.az

Voronejə raket zərbələri endirildi

Voronejə raket zərbələri endirildi

Dünya

Bu gün, 13:27

İyunun 22-si günorta saatlarında Rusiyanın Voronej şəhərində silsilə partlayışlar baş verib.

Modern.az xəbər verir ki, Bakı vaxtı ilə təxminən saat 13:00-dan etibarən paytaxt sakinləri güclü partlayış səsləri eşitməyə başlayıblar. Zərbələrin ardınca şəhərin bir neçə nöqtəsindən göyə ucalan qatı tüstü dumanı müşahidə olunur.

İlkin ehtimallara görə, bölgəyə uzaq mənzilli "Storm Shadow" qanadlı raketləri ilə zərbələr endirilib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, əsas hədəflərdən biri Voronej Yarımkeçiricilər Cihazları Zavodu olub.

Hücumun fəsadları, itkilər və hərbi-strateji obyektdə dəymiş ziyanın miqyası barədə hələlik rəsmi açıqlama verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini ürəyindən "VURDULAR" - Rusiya q*an ağlayır - Gündəm Masada - Media Turk TV