SpaceX şirkətinin qurucusu İlon Maskın sərvəti 1 trilyon dollardan aşağı düşərək 957 milyard dollar olub.
Modern.az xəbər verir ki, bu, Bloomberg Milyarderlər İndeksinin (Bloomberg Billionaires Index) məlumatlarının dərcindən sonra məlum olub. İndeks digər amillərlə yanaşı, şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır.
Son dəyişikliklər nəticəsində iş adamının sərvəti 118 milyard dollar azalıb.
İyunun 12-də Mask təsis etdiyi SpaceX şirkətinin səhmlərinin ticarətə başlamasından sonra sərvəti 1 trilyon dolları keçən ilk insan olmuşdu. Beləliklə, o, təxminən iki həftə ərzində trilyoner statusunu qoruyub saxlamışdı.
İyunun 22-də bildirildiyi kimi, SpaceX-in səhmləri süni intellekt layihələrinin maliyyələşdirilməsi məqsədilə investisiya səviyyəli istiqrazların ilk yerləşdirilməsinin elan edilməsindən sonra ardıcıl üç gün ucuzlaşıb. Bundan əlavə, Tesla, Inc. şirkətinin Nasdaq birjasında səhmləri iyunun 16-dan etibarən 4,14%, SpaceX-in səhmləri isə 17,13% dəyər itirib. Bu barədə birja məlumatlarında qeyd olunur.