Kreml iqtisadi təzyiq və Belarusun Rusiyadan asılılığından istifadə edərək Aleksandr Lukaşenkonu Ukraynaya qarşı müharibədə və NATO üzərində təzyiqdə daha aktiv rol oynamağa sövq edir.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin “The Wall Street Journal” nəşri məlumat yayıb.
Nəşrin iddiasına əsasən, Moskvanın əsas məqsədləri bunlardır:
- Belarus ərazisindən Ukraynaya qarşı hücumların, o cümlədən dron zərbələrinin daha geniş şəkildə istifadə olunması
- Ukraynanın şimal sərhədində böyük hərbi qüvvələr saxlamağa məcbur edilərək digər cəbhələrdən resursların yayındırılması
- Minsk və Moskva arasında hərbi əməkdaşlığın genişləndirilməsi, birgə təlimlərin artırılması və Belarusda Rusiya qüvvələrinin yerləşdirilməsi
- Belarusun hərbi fəallığı vasitəsilə NATO-nun şərq cinahı ölkələrinə əlavə təzyiq göstərilməsi.
Bununla belə, nəşr qeyd edir ki, hazırda Belarus ərazisindən Ukraynaya qarşı genişmiqyaslı hücumun hazırlanmasına dair konkret əlamətlər yoxdur. Daha çox Minskın tədricən Rusiya hərbi strategiyasına inteqrasiyası və ölkənin Ukrayna və NATO üzərinə təzyiq vasitəsi kimi istifadə olunması ehtimalı ön plana çıxır.