Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə F-16-larının avqustdan etibarən Estoniyada yerləşdiriləcəyini açıqlayıb.
Modern.az xəbər verir ki, Ərdoğan bunu NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
Ərdoğan bildirib ki, Türkiyə NATO qarşısındakı öhdəliklərini hər zaman layiqincə yerinə yetirib və alyansın yeni dövründə də daha çox məsuliyyət götürməyə hazırdır.
“Biz NATO daxilində üzərinə düşən öhdəlikləri hər zaman layiqincə yerinə yetirən, bu məqsədlə məsuliyyəti öz üzərinə götürən və lazım gəldikdə bunun qarşılığını ödəyən müttəfiq olmuşuq. Alyansın kollektiv müdafiəni yenidən əsas prioritetə çevirdiyi bu yeni dövrdə ədalətli yük bölgüsü çərçivəsində daha çox məsuliyyəti öz üzərimizə götürməyə hazırıq. F-16-larımız avqust ayından etibarən NATO-nun Hava Polisi Missiyası çərçivəsində Estoniyada yerləşdiriləcək”, - Ərdoğan deyib.
(APA)