Modern.az

Tramp: İran görüş istəyib, danışıqlara başlayırıq

Tramp: İran görüş istəyib, danışıqlara başlayırıq

Dünya

Bu gün, 21:38

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla görüşmək istədiyini bildirib və tərəflər arasında danışıqların başladığını açıqlayıb.

Modern.az xəbər verir ki, Tramp İranın həm vasitəçilər, həm də birbaşa kanallar vasitəsilə görüş üçün müraciət etdiyini deyib.

“Onlar görüşmək istəyirlər və biz görüşürük. Düşünürəm ki, yaxşı nəticələr əldə oluna bilər. Əgər bizim gördüyümüz tədbirlər olmasaydı, İran bizimlə danışmazdı”, – ABŞ Prezidenti bildirib.

Tramp qeyd edib ki, neft qiymətləri bu gün ciddi şəkildə aşağı düşüb və İranla razılaşmanın əldə olunması üçün yaxşı imkanlar var.

“Yaxşı nələrinsə baş verməsi üçün böyük şans var. Əgər bu baş verməsə, iki gün əvvəl gördüyümüz tədbirlərə qayıdacağıq. Son 14 gündə İran ciddi zərər görüb”, – deyə o əlavə edib.

ABŞ Prezidenti iddia edib ki, Tehran Vaşinqtona müraciət edərək hərbi əməliyyatların dayandırılmasını və danışıqların başlanmasını istəyib.

“Onlar bizdən çox nəzakətlə xahiş etdilər: Zəhmət olmasa dayandırın. Gəlin görüşək’”, – Tramp vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr