Modern.az

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

Dünya

Bu gün, 01:54

Nigeriya Prezidenti Bola Tinubu ölkənin infrastruktur və sosial layihələrinin maliyyələşdirilməsi məqsədilə təxminən 21,7 milyard dollar həcmində xarici borclanma planının təsdiqlənməsini istəyib.

Modern.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, dövlət başçısı bununla bağlı parlamentə müraciət göndərib.

Plan 2026–2027-ci illəri əhatə edir və 20,52 milyard dollar, həmçinin 1,05 milyard avro həcmində əlavə borclanmanı nəzərdə tutur.

Vəsaitin infrastruktur, kənd təsərrüfatı, səhiyyə, təhsil, su təchizatı və təhlükəsizlik layihələrinə yönəldilməsi planlaşdırılır.

Prezident bildirib ki, xarici maliyyələşmə ölkənin infrastruktur ehtiyaclarından yaranan maliyyə çatışmazlığını aradan qaldırmaq üçün zəruridir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...