Modern.az

ABŞ-yə ilk nefti göndərdilər

ABŞ-yə ilk nefti göndərdilər

Dünya

Bu gün, 22:25

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə əldə edilmiş razılaşma çərçivəsində ölkəsinə ilk böyük neft partiyasının göndərildiyini bildirib.

Modern.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.

ABŞ liderinin sözlərinə görə, Venesueladan göndərilən tankerdə bir milyon barel neft var. Tramp həmin tankeri Texas ştatında şəxsən ziyarət edəcəyini açıqlayıb.

O, sosial şəbəkə hesabında bunun gələcəkdə göndərilməsi planlaşdırılan milyardlarla barel neftin ilk partiyası olduğunu qeyd edib.

"Reuters" xatırladır ki, Vaşinqton avqust ayında Venesuelanın neft ehtiyatlarının beşdəbirinə çıxış əldə etməyi nəzərdə tutan razılaşma elan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...