Türkiyənin əsas nazirlik və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Ankaradakı Prezident Kompleksində mətbuat üçün qapalı müşavirə keçirilib.
Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Müşavirədə Türkiyənin ədliyyə naziri Akın Gürlek, daxili işlər naziri Mustafa Çiftçi, xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiyalar naziri Mehmet Fatih Kaçır, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, eləcə də Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın iştirak ediblər.
Bundan başqa, toplantıya Prezident Administrasiyasının baş katibi Hakkı Susmaz, Prezident Administrasiyasının Kibertəhlükəsizlik İdarəsinin rəhbəri Ümit Önal, Prezident yanında Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün, prezidentin katibliyinin rəhbəri Hasan Doğan və Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş də qatılıblar.
Müşavirənin gündəliyi və müzakirə olunan məsələlərlə bağlı məlumat verilməyib.