Braziliyada prezident seçkilərinin ikinci turunda məğlub olan Flavio Bolsonaronun ABŞ-yə getdiyi bildirilir.
Modern.az xəbər verir ki, Reuters agentliyinə bu barədə siyasətçinin müttəfiqlərindən biri məlumat verib.
Mənbə Bolsonaronun Braziliyanı tərk etdiyini və ABŞ-yə yollandığını təsdiqləyib.
Flavio Bolsonaro oktyabrın 25-də keçirilən prezident seçkilərinin ikinci turunda məğlub olub.
Onun ABŞ-yə səfərinin məqsədi və ölkəyə nə vaxt qayıdacağı barədə hələlik məlumat açıqlanmayıb.