Modern.az

Zelenski onlara vəzifə verdi – SİYAHI

Zelenski onlara vəzifə verdi – SİYAHI

Dünya

31 İyul 2026, 00:07

Ukrayna Prezidenti Volodimir Zelenski Oleq Fyodorovu Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyatlar Mərkəzinin rəisi təyin edib.

Modern.az xəbər verir ki, bununla yanaşı, dövlət başçısı Jitomir, Lvov, Nikolayev, Poltava, Sumı, Ternopil, Çerkası və Çernovtsı vilayətləri üzrə Təhlükəsizlik Xidməti idarələrinin rəhbərlərini də dəyişib.

Zelenski ayrıca imzaladığı fərmanla Timur Tkaçenkonu Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri təyin edib. Tkaçenko bu təyinata qədər Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi