Rusiya ordusu Kiyevə son raket zərbələri zamanı ABŞ-nin "Terminal Autonomy" şirkətinə məxsus pilotsuz uçuş aparatları istehsal edilən müəssisəni vurub. Bu barədə "The Guardian" məlumat yayıb.
Modern.az xəbər verir ki, zərbə nəticəsində "AQ-400 Scythe" və "AQ-100 Bayonet" zərbə PUA-larının istehsal olunduğu müəssisə dağıdılıb. Bu pilotsuz aparatların əsas xüsusiyyəti süni intellekt əsaslı idarəetmə sistemidir. Rabitə əlaqəsi kəsildikdə və ya Rusiya radioelektron mübarizə vasitələrinin təsirinə məruz qaldıqda belə, dronlar uçuşu davam etdirərək hədəfi müstəqil şəkildə vurmaq imkanına malikdir.
Məlumata görə, hücum nəticəsində ölən olmayıb. "The Guardian" bunu Rusiyanın Ukrayna ərazisində fəaliyyət göstərən ABŞ müdafiə şirkətinə məxsus istehsal müəssisəsini hədəfə aldığı ilk məlum hadisə kimi qiymətləndirir.