Modern.az

Berlin Lavrova cavab verdi

Berlin Lavrova cavab verdi

Dünya

17 Avqust 2026, 23:51

Berlin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskvanın Kiyevə göstərilən dəstəyə cavabını gücləndirəcəyinə dair açıqlamasını nəzərə alıb.

Modern.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Lavrov avqustun 14-də “Vest” telekanalına müsahibəsində bildirib ki, Rusiya Ukraynanın istifadə etdiyi metodlara əl atmasa belə, bundan sonra onun addımları daha sərt olacaq.

Rusiyalı nazir qeyd edib ki, Moskva Qərbin Kiyevə hərbi yardım göstərməsinə cavab olaraq Ukraynanın hərbi potensialını dəstəkləyən resursları hədəfə almağa yönələcək.

Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi isə “Welt” qəzetinin istinad etdiyi məlumatlara görə, Lavrovun açıqlamalarının Berlin tərəfindən nəzərə alındığını təsdiqləyib.

Sizə yeni x var
Keçid et
Putindən Əliyevə zəng: Moskva Bakıdan nə istəyir?