Modern.az

İran Qafana yeni baş konsul təyin etdi - GÖRÜNTÜ

İran Qafana yeni baş konsul təyin etdi - GÖRÜNTÜ

Dünya

10 Sentyabr 2026, 09:58

İran İslam Respublikası Ermənistanın Qafan şəhərinə yeni baş konsul təyin edib.

Modern.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, Qafana yeni təyin olunan diplomat Davud Yaiçi vəzifəsinin icrasına başlamaq üçün yola düşməzdən əvvəl ölkənin xarici işlər naziri Abbas Əraqçı ilə görüş keçirib və həyata keçirəcəyi fəaliyyət proqramını ona təqdim edib. XİN rəhbəri yeni baş konsula gələcək işlərində müvəffəqiyyətlər arzulayıb. Əraqçı mehriban qonşuluq siyasəti çərçivəsində Tehran və İrəvan arasındakı münasibətlərin əhəmiyyətinə diqqət çəkərək, qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə, xüsusən də iqtisadiyyat və konsulluq sahələrində ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!