Kreml bu qış soyuq hava şəraitindən və Ukraynanın enerji sistemi ilə kritik infrastrukturuna kütləvi zərbələrdən istifadə edərək ölkədə humanitar böhran yaratmağa və Ukrayna cəmiyyətini sındırmağa çalışa bilər.
Modern.az xəbər verir ki, bu barədə avstriyalı hərbi ekspert Markus Raysner “BILD”ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ukraynanın əsas zəif nöqtələrindən biri hava hücumundan müdafiə vasitələrinin, xüsusilə “Patriot” sistemləri üçün raketlərin çatışmazlığıdır. Eyni zamanda, Rusiya PUA hücumları üçün imkanlarını genişləndirir və hava kampaniyasını gücləndirməyə hazırlaşır.
Raysner hesab edir ki, qarşıdakı qış həlledici ola bilər. Ekspertin fikrincə, hazırda Moskvanın güzəştlərə getməyə və ya müharibəni dayandırmağa hazır olduğuna dair heç bir əlamət yoxdur.