Modern.az

İran ABŞ-ni kimyəvi silahdan istifadə etməkdə ittiham etdi

İran ABŞ-ni kimyəvi silahdan istifadə etməkdə ittiham etdi

Dünya

12 Sentyabr 2026, 20:09

İran ABŞ-ni ölkə ərazisinə endirilən zərbə zamanı kimyəvi komponentlərdən istifadə etməkdə ittiham edib.

Modern.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bağı Lamərddə bildirib ki, Vaşinqtonun ərazidə yeni raketin sınaqdan keçirildiyini etiraf etməsi, eləcə də təkzibedilməz sahə sübutları və sənədləşdirilmiş dəlillər ABŞ-nin irəli sürdüyü izahatları təkzib edir.

Onun sözlərinə görə, əldə olunan məlumatlar İran tərəfinin iddiasına əsasən, mülki əhaliyə qarşı törədilən hadisənin qəsdən həyata keçirildiyini göstərir.

Bağı əlavə edib ki, İran Səhiyyə Nazirliyinin apardığı ayrıca araşdırmada sözügedən silahda öldürücülüyü artırmaq məqsədilə kimyəvi komponentlərdən istifadə edildiyi müəyyənləşdirilib.

İran rəsmisi bildirib ki, hadisə ilə bağlı bütün materiallar hərbi cinayətin sənədləşdirilmiş sübutları kimi qiymətləndiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!