Modern.az

Rusiya razılaşmanı pozdu - Gəmilər Tarsus limanına qayıtdı

Rusiya razılaşmanı pozdu - Gəmilər Tarsus limanına qayıtdı

Dünya

Bu gün, 21:00

Rusiya hərbi gəmiləri obyektin Suriya hakimiyyətinə təhvil verilməsi ilə bağlı razılaşmaya baxmayaraq, Suriyanın Tartus limanındakı bazaya qayıdıb.

Modern.az xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.

Qəzetin yazdığına görə, sentyabrın əvvəlində limanda Rusiyanın “Admiral Levcenko” esminesi, “Sparta” maddi-texniki təminat gəmisi və “Akademik Paşin” təchizat gəmisi müşahidə olunub. “General Skobelev” tankeri də həmin donanma qrupunun tərkibində olub.
Məlumata görə, gəmilər avqustun sonunda İspaniya sahilləri boyunca cənuba doğru hərəkət edib. Onların rəsmi təyinat məntəqəsi Misir göstərilsə də, Cəbəllütariq boğazından keçdikdən sonra gəmilər transponderlərini söndürüblər.
Daha sonra peyk görüntüləri flotiliyanın Tartus limanında dayandığını və naməlum yükün boşaldıldığını təsdiqləyib.
“Le Figaro” yazır ki, Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra Rusiyanın Suriyadakı hərbi mövcudluğu əhəmiyyətli dərəcədə azalıb: "Buna baxmayaraq, Moskva, görünür, ölkədəki mövqelərini qoruyub saxlayır".
Qəzetin qənaətinə görə, Suriyanın yeni rəhbərliyinə yalnız Rusiyanın təmin edə biləcəyi bəzi resurslar lazım olub. Belə ki, Suriyanın silah ehtiyatlarının böyük hissəsi Rusiya istehsalıdır və Dəməşq üçün həmin anbarları yenidən doldurmaq zərurəti yaranıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi