"Yaxın Şərqdə vəziyyət hazırda yaşanan çətinliklərə baxmayaraq bərpa olunacaq".
Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS sammiti çərçivəsində Əbu-Dabinin vəliəhd şahzadəsi Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyanla görüşündə bildirib.
Putin qeyd edib ki, Moskva Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyi ilə, o cümlədən bütün Yaxın Şərq regionunda baş verən hadisələrlə bağlı daim əlaqə saxlayır.
“Hazırda, bu gün regionda baş verən hadisələrlə bağlı sizin qiymətləndirmələrinizi eşitmək bizim üçün çox vacibdir”, – Rusiya lideri vurğulayıb.