Modern.az

Tramp Kim Çen Indan danışdı: “O mənim dostumdur”

Tramp Kim Çen Indan danışdı: “O mənim dostumdur”

Dünya

30 Sentyabr 2026, 10:35

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla qarşılıqlı rəğbət bəslədiklərini bildirib.

Modern.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında Kim Çen Inla münasibətlərindən danışıb.

“Belə alınıb ki, o mənim dostumdur – Kim Çen In. Onun Trampdan xoşu gəlir. O, bir çox başqa insanları sevmir. Yəqin ki, bütün dünyada onun rəğbət bəslədiyi yeganə insan mənəm və mən də onu bəyənirəm”, - deyə Tramp bildirib.

ABŞ prezidenti Kim Çen Inlə münasibətlərinin xüsusi xarakter daşıdığını vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)