Mərakeş kralı VI Məhəmməd 50 yaşlı hüquqşünas və siyasətçi Fatimə-Zəhra Əl-Mənsurini ölkənin Baş naziri təyin edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da Əl-Mənsuri krallıq tarixində icra hakimiyyətinə rəhbərlik edən ilk qadın olub.
Təyinat Mərakeşdə keçirilən parlament seçkilərində mərkəzçi Əslilik və Müasirlik Partiyasının qələbəsindən sonra baş tutub. Əl-Mənsurinin rəhbərlik etdiyi siyasi qüvvə seçkilərdə ən çox deputat mandatı əldə edib.