Modern.az

İsrailə uçan təyyarə qaçırılma siqnalı verdi

İsrailə uçan təyyarə qaçırılma siqnalı verdi

Dünya

30 Sentyabr 2026, 10:48

Dubaydan Təl-Əvivə uçan “FlyDubai” aviaşirkətinə məxsus sərnişin təyyarəsi mümkün qaçırılma ilə bağlı siqnal verib.

Modern.az xəbər verir ki, bu barədə İsrailin Ynet nəşri məlumat yayıb.

Məlumata görə, hadisədən sonra İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri həyəcan siqnalı ilə havaya qaldırılıb. Qırıcıların sərnişin təyyarəsini ələ keçirmək və onu müşayiət etmək məqsədilə havaya qaldırıldığı bildirilib.

Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilməyib.

Sizə yeni x var
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)