BMT Təhlükəsizlik Şurasının BMT Baş katibi postuna ilkin səsvermə keçirilib.
Modern.az xəbər verir ki, "Reuters"in məlumatına görə, namizədlərlə bağlı keçirilən dördüncü ilkin səsvermədə BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan ən çox dəstək səsi toplayıb.
BMT Təhlükəsizlik Şurasının on üzvü Qrinspanın lehinə, üçü əleyhinə səs verib, ikisi isə bitərəf qalıb.