Modern.az

Gürcüstan İran səfirini XİN-ə çağırdı

Gürcüstan İran səfirini XİN-ə çağırdı

Dünya

Bu gün, 18:49

Gürcüstandakı İran səfiri Əli Mojani sosial şəbəkələrdə yaydığı açıqlamalara görə ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Modern.az “Georgia Online”a istinadən xəbər verir ki, Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Xvtişiaşvili iranlı diplomata onun sosial şəbəkələrdə səsləndirdiyi fikirlərin diplomatik fəaliyyət çərçivəsindən kənara çıxdığını bildirib.

Nazir müavini qeyd edib ki, bu cür açıqlamalar Gürcüstanda ictimai əhval-ruhiyyəyə mənfi təsir göstərir. O, İran tərəfinin müvafiq tədbirlər görəcəyinə və gələcəkdə oxşar halların təkrarlanmayacağına ümid etdiyini bildirib.

Xvtişiaşvili vurğulayıb ki, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndələr fəaliyyətlərini diplomatik mandat və səlahiyyətləri çərçivəsində həyata keçirməli, diplomatik münasibətlərin müəyyən edilmiş normalarına riayət etməli, ölkənin tarixi və daxili məsələlərinin şərhindən çəkinməlidirlər.

Qeyd edək ki, bir neçə gün əvvəl İran səfiri sosial şəbəkədə yaxın vaxtlarda kraliça Ketevan, eləcə də İran və Gürcüstanda saxlanılan sənədlər və tarixi mənbələrlə bağlı apardığı ilkin araşdırmanın nəticələrini paylaşacağını açıqlamışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıya qarşı ard-arda hücumlar - Türkiyə nə edəcək?