Modern.az

Pentaqon NATO görüşünə əsas müttəfiqlərini dəvət etmədi

Pentaqon NATO görüşünə əsas müttəfiqlərini dəvət etmədi

Dünya

Bu gün, 11:49

Pentaqon gələn ay Polşada keçirilməsi planlaşdırılan, NATO-nun gələcəyinə həsr olunmuş görüşə Böyük Britaniya, Fransa və Baltik ölkələrini dəvət etməyib.

Modern.az xəbər verir ki, “Politico” bu barədə altı diplomata istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Pentaqonun siyasi məsələlər üzrə rəhbəri Elbric Kolbinin təşəbbüsü ilə təşkil olunan görüş mahiyyət etibarilə alyansın gələcəyini müzakirə edəcək işçi qrup formatındadır.

Dəvət almayan ölkələrin bir çoxu müdafiəyə böyük vəsait ayırır və NATO-da mühüm rol oynayır. Bu səbəbdən həmin ölkələrin diplomatları ABŞ administrasiyasının iştirakçı seçimində qərəzli yanaşıb-yanaşmadığını sorğulayırlar. Onlar belə yanaşmanın onsuz da çətinliklərlə üzləşən alyans daxilində parçalanmanı dərinləşdirə biləcəyindən narahatdırlar.

Görüşə dəvət olunmayan müttəfiq ölkələrdən birinin nümayəndəsi bildirib ki, tələb olunan öhdəlikləri yerinə yetirmələrinə baxmayaraq, iştirakçıların hansı meyarlarla seçildiyi və görüşlərin məqsədi barədə onlara yetərli məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə sərhədinə raketlər yığıldı - İsraildən şok addım