Modern.az

Panamada güclü zəlzələ: Sunami xəbərdarlığı edildi

Panamada güclü zəlzələ: Sunami xəbərdarlığı edildi

Dünya

9 Oktyabr 2026, 23:44

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ paytaxt Panama Sitidə də güclü hiss olunub.

ABŞ-nin Sunami Xəbərdarlığı Mərkəzi Panama, Kolumbiya, Ekvador, Nikaraqua və Qvatemala sahilləri üçün mümkün sunami təhlükəsi barədə xəbərdarlıq yayıb.

Penonomé şəhərində (Kokle əyaləti) güclü zəlzələ nəticəsində San Juan Bautista Katedralının qüllələrindən biri tamamilə uçub.

Panamanın Milli Mülki Müdafiə Sisteminin (Sinaproc) regional ofisinin məlumatına görə, Penonomédə təxminən 12 bina uçub, yerli administrasiya binası qismən zədələnib. Bundan əlavə, Aguadulce şəhərində daha altı bina ciddi şəkildə zədələnib. İnsan itkisi barədə məlumat yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...