Modern.az

Təslim olmayacağıq - Pezeşkian

Təslim olmayacağıq - Pezeşkian

Dünya

Bu gün, 21:27

“İran ABŞ və digər ölkələrlə problemlərin həlli üçün danışıqlar aparır, lakin bu, ölkənin təslim olması demək deyil”.

Modern.az “əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

“Biz ABŞ və digər ölkələrlə danışıqlar aparırıq, lakin ləyaqətimizi qoruyacağıq və təkəbbürə boyun əyməyəcəyik. Problemləri danışıqlar yolu ilə həll etməyə çalışırıq. Amma bu, təslim olmağımız demək deyil”, – İran prezidenti deyib.

Pezeşkianın sözlərinə görə, Tehran mövcud problemlərin diplomatik yollarla həllində maraqlıdır. Lakin bu proses İranın milli ləyaqətindən və mövqeyindən geri çəkilməsi hesabına baş verməyəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı