Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Hikmət Çətin vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə "Andolu" agentliyi məlumat yayıb. O, bu gün 89 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Hikmət Çətin 1937-ci ildə Diyarbəkirdə doğulub.
Siyasətçi, iqtisadçı və diplomat olan Hikmət Çətin müxtəlif dövlət vəzifələrində çalışıb.
O, Türkiyə Böyük Millət Məclisinin sədri (1997-1999), Türkiyənin xarici işlər naziri (1991-1994), Türkiyə Baş nazirinin müavini (1995), NATO-nun Əfqanıstandakı Baş Mülki Nümayəndəsi (2003-2006) olub.
Bir müddət Cümhuriyyət Xalq Partiyasına rəhbərlik edib (1995).
Bir neçə çağırış Türkiyə Böyük Millət Məclisinə seçilib.