Modern.az

Texnooliqarxlar gələcəyimizə istiqamət vermək istəyirlər - Ərdoğan

Texnooliqarxlar gələcəyimizə istiqamət vermək istəyirlər - Ərdoğan

Dünya

Bu gün, 22:19

Texnologiyanın həyatımıza təsiri günü-gündən artır. Süni intellektlə birlikdə həyatımızda köklü dəyişikliklər baş verir.

Modern.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, özünü seçilmiş hesab edən, digər insanlardan üstün görən texnooliqarxlar təkcə indiki həyatımıza deyil, gələcəyimizə də istiqamət vermək, onu öz düşüncələri və maraqları istiqamətində formalaşdırmaq istəyirlər:

"Dünyanı istədikləri kimi at oynada biləcəkləri bir oyun meydançası kimi görən bu texno-oliqarxların hədəf auditoriyasını isə gənclərimiz təşkil edir. Son günlər məktəblərimizdə baş verən üzücü hadisələr bu düşüncə tərzinin səpdiyi zəhərli toxumların nə qədər ciddi təhlükə yaratdığını bizə göstərib".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər