Modern.az

Hörmüzdə neft tankeri minaya düşüb

Hörmüzdə neft tankeri minaya düşüb

Dünya

Bu gün, 22:50

Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib.

Modern.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

"Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən, xam neft daşıyan supertanker elan edilmiş yüksək təhlükəli yolda dəniz minasına çırpılaraq şiddətli partlayışa məruz qalıb", - bəyanatda bildirilib.

Qeyd olunub ki, tanker naviqasiya və mövqe təyinetmə sistemlərini söndürüb.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri bəyan edib ki, Hörmüz boğazının təhlükəsizlik və qaydalarını pozan hər bir tankerin aqibəti belə olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər