Modern.az

Ermənistanda əsgər ölümü ilə bağlı cinayət işi açıldı

Ermənistanda əsgər ölümü ilə bağlı cinayət işi açıldı

Dünya

Bu gün, 22:29

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbçinin ölümü ilə bağlı cinayət işi başlanıb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi silahlı qüvvələrin hərbi qulluqçusu A.Q.-nun odlu silah yarası ilə meyitinin aşkarlandığını açıqlayıb.

Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

İstintaq Komitəsindən cinayət işinin Cinayət Məcəlləsinin hansı maddəsi ilə başlandığı açıqlanmayıb. Bildirilib ki, hazırda ilkin istintaq davam edir.

Sizə yeni x var
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər