Modern.az

Hamilə qadın təcili yardım maşınında doğuş etdi - FOTO

Hamilə qadın təcili yardım maşınında doğuş etdi - FOTO

Hadisə

14 Avqust 2026, 13:07

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Füzuli rayonu ərazisindən doğuş sancısı səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Modern.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, hamilə qadının xəstəxanaya aparılarkən vəziyyəti ağırlaşıb, həkim briqadası tərəfindən operativ müdaxilə olunaraq doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib. Yenidoğulmuşun çəkisi 3,5 kq., boyu 53 sm. olub.

Zahı qadın və yenidoğulmuş (kişi cinsli) Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. Hazırda ana və körpənin vəziyyəti stabildir

Whatsapp
Bizə yazın!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!