Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Siyəzən stansiyasından 19 km cənub-qərbdə Quba rayonunda zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ episentrdə 5 bala yaxın, Siyəzən, Altıağac, Şabran, Qusar, Pirqulu, Xınalıq və ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
***
21:12
Yerli vaxtla saat 20:56-da Quba rayonunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub.