Modern.az

Avtomobil eşşək arabası ilə toqquşdu, ölən var

Avtomobil eşşək arabası ilə toqquşdu, ölən var

Hadisə

28 Sentyabr 2026, 09:40

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə rayonun Kələntərli kəndi ərazisində qeydə alınıb.

Əliyev Mənsur Qərib oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn eşşək arabası ilə toqquşub.

Nəticədə, eşşək arabasında olan kənd sakini Babaşov Arif Əhliman oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır