Modern.az

Xaçmazdakı qəzada 9 nəfər xəsarət alıb, 7-si xəstəxanadadır 

Xaçmazdakı qəzada 9 nəfər xəsarət alıb, 7-si xəstəxanadadır 

Hadisə

28 Sentyabr 2026, 10:40

Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 9 nəfər (4-ü kişi, 5-i qadın) 27 sentyabr tarixində saat 23:00 radələrində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən Modern.az-a verilən xəbərə görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

2 nəfər (qadın) ambulator müalicə üçün evə buraxılıb.

Digər xəsarət alan şəxslər instrumental müayinələrə cəlb olunub. Hazırda müalicələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətiləri orta ağır qiymətləndirilir.

Lamiyə Cənnətzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır