Modern.az

Ağdama icazəsiz dönər əti apardı, həbs olundu

Ağdama icazəsiz dönər əti apardı, həbs olundu

Hadisə

28 Sentyabr 2026, 19:21

Ağdam şəhərinə müvafiq icazəsi olmadan gedən şəxs həbs olunub.

Modern.az-ın xəbərinə görə, 22 yaşlı Vüsal Turabov (şərti adla) müvafiq icazə sənədi olmadan Ağdam şəhərinə gedib. Gecə saatlarında ərazidə xidmətdə olan polis əməkdaşı ondan icazə sənədi tələb edəndə isə buna məhəl qoymayıb və səs-küy salıb. Bu əməlinə görə, o saxlanılıb və barəsində protokol tərtib olunub.

Məlumata görə, V. Turabov Ağdam şəhərinə dönər əti gətiribmiş. O, ifadəsində əməlindən peşman olduğunu və ilk dəfədir ki, inzibati xəta törətdiyini bildirib.

Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs olunub.

 

İlyas Turan

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır