Modern.az

Sabirabadda "cip" 70 yaşlı qadını vurub öldürdü

Sabirabadda "cip" 70 yaşlı qadını vurub öldürdü

Hadisə

29 Sentyabr 2026, 00:06

Sabirabadda avtomobil qadını vurub.

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında Qalağayın kəndi ərazisində qeydə alınıb.

"Toyota Prado" markalı avtomobil yolu keçməyə çalışan 70 yaşlı Püstəxanım Hüseynovanı vurub. Nəticədə qadın ağır xəsarətlər alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır