Modern.az

Balakəndə qardaş qardaşı bıçaqlayıb

Balakəndə qardaş qardaşı bıçaqlayıb

Hadisə

Bu gün, 22:54

Balakəndə bıçaqlanma hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 24-də axşam saatlarında rayonun Mahamalar kəndində baş verib.

Belə ki, 1960-cı il təvəllüdlü Sədrəddin Malahov və qardaşı 1957-ci il təvəllüdlü Məhəmməd Malahov arasında mübahisə baş verib.

Mübahisə zamanı M. Malahov özündən 3 yaş kiçik qardaşı S. Malahova bıçaqla sinəsindən xəsarət yetirib.

Hadisəni törətməkdə şübhəli sayılan M. Malahov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı