Modern.az

Əməkdar müəllimi maşın vurub öldürdü

Əməkdar müəllimi maşın vurub öldürdü

Hadisə

Bu gün, 22:12

Paytaxtın Nəsimi rayonunun 4-cü mikrorayon ərazisində piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Modern.az axar.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən qadın Samir Hacıyev adına 5 nömrəli orta məktəbin ingilis dili müəllimi Gülnarə Abdullayevadır.

Onu səhər saatlarında piyada keçidinin üzərində avtomobilin vurduğu bildirilir. G.Abdullayeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

G.Abdullayeva Birinci Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı idi, həmçinin Əməkdar müəllim fəxri adına layiq görülmüşdü.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı