Modern.az

Yardımlıda körpünün altından məktəblinin meyiti tapıldı

Yardımlıda körpünün altından məktəblinin meyiti tapıldı

Hadisə

Bu gün, 23:25

Yardımlı rayonunda evə qayıtmayan şagirdin meyiti kənd ərazisində aşkarlanıb.

Modern.az xəbər verir ki, hadisə rayonun Gendərə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, ikinci sinif şagirdi Əli Neymət oğlu Qurbanov bu gün məktəbdən çıxdıqdan sonra evə qayıtmayıb.

Onun evə gəlmədiyini görən anası əvvəlcə uşağın babasıgilə getdiyini düşünüb.

Lakin aparılan axtarışlar zamanı azyaşlının cansız bədəni kənd ərazisində yerləşən körpünün altında aşkarlanıb.

İlkin ehtimala görə, uşağın körpüdən yıxılması və suda boğulması nəticəsində həyatını itirdiyi bildirilir.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

(Qafqazinfo)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı