Modern.az

Qubada avtomobil piyadanı vuraraq öldürüb

Qubada avtomobil piyadanı vuraraq öldürüb

Hadisə

Bu gün, 21:44

Quba rayonunda 60 yaşlı qadını avtomobil vuraraq öldürüb.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun Barlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Rəna Orucovanı avtomobil vurub.

Sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı