Modern.az

“Qarabağ” Avropanın məğlubedilməz klublarının siyahısında

“Qarabağ” Avropanın məğlubedilməz klublarının siyahısında

İdman

4 Yanvar 2023, 16:28

Avropanın məğlubedilməz futbol klublarının siyahısında Azərbaycan çempionu “Qarabağ” da var.

 

Modern.az xəbər verir ki, ümumilikdə 6 komanda ölkədaxili çempionatda uduzmayıb. Bunlar “Qarabağ”la yanaşı, Yunanıstanın “Panatinaikos”, Uelsin TNS, İtaliyanın “Napoli”, Andorranın “Atletik Eskaldes” və Serbiyanın “Srvena Zvezda” klublarıdır.

 

Bu komandalar arasında ən yaxşı göstərici “Srvena Zvezda” və “Qarabağ”a məxsusdur. Serbiya komandası 17 qələbə, 2 heç-heçə ilə birincidir. “Srvena Zvezda”dan 1 oyun az keçirən “Qarabağ”ın aktivində isə 16 qələbə və 2 heç-heçə var.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV