Modern.az

Güləşçimiz azarkeşi təhqir etdi - FOTO

Güləşçimiz azarkeşi təhqir etdi - FOTO

İdman

22 Aprel 2023, 15:54

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında macar rəqibinə 0-9 hesabı ilə məğlub olan yunan-Roma güləşçimiz Sənan Süleymanovla azarkeşlərdən biri arasında qalmaqal yaşanıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası Sənan Süleymanovun rəqibinə uduzması ilə bağlı paylaşım edib.

 

İzləyicilərdən biri paylaşımın şərh bölməsinə "macar güləşçi Sənan Süleymanovu meşok kimi ora-bura atdı" sözlərini yazıb.

 

Güləşçinin cavabı gecikməyib. O, həmin azarkeşə “Meşok sənsən, tula, bilib-bilmədən oradan danışma”, - deyə sərt cavab verib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...