Modern.az

Amerikalı futbolçu "Çelsi"dən "Milan"a keçdi 

Amerikalı futbolçu

İdman

7 İyul 2023, 22:45

İtaliyanın "Milan" klubu İngiltərənin "Çelsi" komandasının hücumçusu Kristian Pulişiçi transfer edib.

 

Modern.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Milan”, “Çelsi” və futbolçunun agenti arasında Kristian Pulişiçlə bağlı danışıqlar aparılıb və dördillik müqavilə imzalanıb.

 

Amerikalı futbolçunun “Milan”a keçidi 22 milyon avroya başa gəlib.

 

Mənbənin bildirdiyinə görə, "rossoneri" bu transferdə uzun müddət israrlı olub.

 

İyirmi dörd yaşlı futbolçu 2019-cu ildə Almaniyanın "Borussiya Dortmunt" klubundan “Çelsi”yə keçib. O, dörd mövsüm ərzində 98 oyunda meydana çıxıb. İyirmi dəfə fərqlənən futbolçu doqquz məhsuldar ötürmə ilə də yadda qalıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV