Modern.az

Daha üç cüdoçumuz mübarizəyə başlayır

Daha üç cüdoçumuz mübarizəyə başlayır

İdman

28 Yanvar 2024, 10:12

Bu gün Azərbaycanın daha üç cüdoçusu Portuqaliyanın Odibelaş şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaq.

 

Modern.az-ın məlumatına görə, yarışın sonuncu günündə Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq) və Uşangi Kokauri (+100 kq) tatamiyə çıxacaq.

 

90 kq.

Elcan Hacıyev - Adam Borçaşvilli (Avstriya)

Vüqar Talıbov - Ali Hazem (Misir)

 

+100 kq.

Uşangi Kokauri - Munir Ertuq (Türkiyə)

 

Qeyd edək ki, daha əvvəl Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq), Səid Mollayi (81 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal əldə ediblər. Azərbaycan turnirdə 16 idmançı ilə təmsil olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!