Modern.az

“Sabah” - “Qarabağ” matçına bütün biletlər satılıb

“Sabah” - “Qarabağ” matçına bütün biletlər satılıb

İdman

22 Aprel 2026, 18:42

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində bu gün keçiriləcək “Sabah” - “Qarabağ” matçına bütün biletlər satılıb.

Modern.az xəbər verir ki, bu barədə Masazır təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Sabah”ın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena” 13 min tamaşaçı tutumuna malikdir. Bu gün saat 20:00-da start götürəcək qarşılaşmanı Rəvan Həmzəzadənin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan ilk görüşdə tərəflər hərəyə iki qol vuraraq (2:2) bərabərliyə razılaşıblar. Bu gün qələbə qazanacaq komanda finalda artıq vəsiqəni təmin etmiş “Zirə”nin rəqibi olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!