Modern.az

KTMT gələn həftə Ermənistanı cəzalandıra bilər - RƏSMİ

KTMT gələn həftə Ermənistanı cəzalandıra bilər - RƏSMİ

Dünya

Bu gün, 09:29

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Şurası gələn həftə Ermənistanın üzvlük haqlarını ödəmədiyinə görə təşkilatda səsvermə hüququnun müvəqqəti dayandırılması barədə qərar qəbul edə bilər.

Modern.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistan iki ildən artıqdır ki, təşkilatın büdcəsinə üzvlük haqlarını ödəmir. Bu isə KTMT-nin nizamnaməsində nəzərdə tutulan məhdudiyyətlərin tətbiqi məsələsini gündəmə gətirməyə imkan verir.

“Ermənistan artıq iki ildən çoxdur ki, üzvlük haqqı ödəmir. Buna görə də onun üzvlüyünün müvəqqəti dayandırılması, daha dəqiq desək, üzvlük haqları ödənilənədək səsvermə hüququndan məhrum edilməsi məsələsinə baxıla və qərar qəbul oluna bilər”, - deyə Pankin bildirib.

Rusiya XİN rəhbərinin müavini vurğulayıb ki, söhbət KTMT-nin nizamnaməsində nəzərdə tutulan texniki prosedurdan gedir.

Onun sözlərinə görə, yekun qərar təşkilata üzv dövlətlərin başçılarının mövqeyindən asılı olacaq.

Ermənistan 2024-cü ildə KTMT-də iştirakını dondurduğunu elan edib və üzvlük haqlarının ödənilməsini dayandırıb.

Bununla belə, təşkilatın nizamnaməsində üzvlüyün dondurulması proseduru nəzərdə tutulmayıb. Buna görə də Ermənistan formal olaraq hələ də KTMT-nin üzvü olaraq qalır.

Təşkilata Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İrandan şok xəbərdarlıq - Hazır olun, vuracağıq!