Modern.az

Qadın güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayır

Qadın güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayır

İdman

Bu gün, 10:44

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə başlayacaq.

Modern.az xəbər verir ki, Jalə Əliyeva (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) yarışa təsnifat, Birgül Soltanova (65 kiloqram) 1/4 finaldan başlayacaq.

Günay Qurbanova (59 kiloqram) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur. Daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) Avropa çempionu olublar, Nihat Məmmədli (60 kiloqram), Rəşad Məmmədov (55 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar.

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!