Modern.az

Azərbaycanın qadın güləşçisi Avropa üçüncüsü olub

Azərbaycanın qadın güləşçisi Avropa üçüncüsü olub

İdman

23 Aprel 2026, 22:41

Azərbaycan güləşçisi Günay Qurbanova Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Modern.az xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda rusiyalı Marta Getmanova ilə qarşılaşıb. Rəqibinə 7:5 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.

 

Qeyd edək ki, ölkəmiz aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur. Daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) Avropa çempionu olublar, Nihat Məmmədli (60 kiloqram), Rəşad Məmmədov (55 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!