Modern.az

Dünya Çempionatının finalı cib yandırır: biletlər rekord qiymətə

Dünya Çempionatının finalı cib yandırır: biletlər rekord qiymətə

İdman

25 Aprel 2026, 21:35

2026-cı il dünya çempionatının final oyununa biletlər fantastik qiymətə satışa çıxarılıb.

Modern.az CNN-ə istinadən xəbər verir ki, biletlərin qiymətləri rekord həddə çatıb. FIFA tərəfindən təsdiqlənmiş ikinci əl satış platformasında bir neçə bilet satışa çıxarılıb, bunlardan dördü qapılardan birinin arxasında yerləşir. 1-ci kateqoriyada yerləşən sektorlara biletlərin qiyməti 16 000–24 000 dollar arasında dəyişir. 3-cü kateqoriyada bir biletin qiyməti isə 2,3 milyon dollara satılır. Bildirilir ki, hər bir satıcı platformada istədiyi qiyməti müəyyən etməkdə sərbəstdir və FIFA buna nəzarət etmir.

“MetLife” stadionunda finalı izləmək üçün ən ucuz bilet 11 000 dollar təşkil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...